"Bu dəqiqə Avropanın Azərbaycan qazına ehtiyacı var"

GÜNDƏM 23 may 2023, 18:59
"Bu dəqiqə Avropanın Azərbaycan qazına ehtiyacı var. Keçmişdə Azərbaycanın yerini bilməyənlər bu gün Bakıya tez-tez gələrək "bizə qaz verin" deməyə başladılar".

Bu fikirləri "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, keçmişdə Azərbaycanın üzünə baxmayanlar bu gün "Azərbaycan çox yaxşı ölkə, İlham Əliyev də yaxşı liderdir" deməyə başlayıblar: "Amma bu, mənfəət dünyasıdır. Bizim üçün önəmli olan Türkiyə və Azərbaycan xalqının rifahı üçün nə addımlar ata bilərik deyə düşüncəsində olmaqdır. Ona görə TANAP boru xəttinin həcmini artırmaq lazımdır. Bu gün tək özümüz üçün deyil, Avropa da başda olmaqla dünyanın ehtiyacını qarşılamaq üçün işbirliyi edirik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top