Akademik: “Qarabağın flora və faunası yeni hazırlanan “Qırmızı kitab”a daxil edilib”

SOSİAL 23 may 2023, 15:15
"Azərbaycanda “Qırmızı kitab”ın dördüncü sayı 2033-cü ildə nəşr olunacaq. Bu dəfəki nəşr zamanı Azərbaycan Türkiyə, Rusiya, Avropa ölkələrinin təcrübəsindən yararlanıb. Həmçinin, Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin alimləri tərəfindən Azərbaycanda təlim kursları keçirilib. Bu isə bizim işimizə çox müsbət təsir edib".

Demokrat.az
xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova jurnalistlərə açıqlamasında bildirib.

Akademik deyib ki, bu da kitabın nəşri zamanı kriteriya və kateqoriyaların dəqiq müəyyənləşdirilməsinə kömək edib:

"Qeyd edim ki, kitabın nəşri iki dildədir. Kitab həm Azərbaycan, həm də ingilis dillərində nəşr edilməklə yanaşı, beynəlxalq ekspertlərin rəyləri də burada əks olub. Ümumiyyətlə, nəşr zamanı maksimum original şəkillərə üstünlük verilib".

İradə Hüseynova qeyd edib ki, üçüncü nəşrdə bundan əvvəlki nəşrdən fərqli olaraq işğaldan azad edilmiş ərazilərdə də monitorinqlər aparılıb:

"Nəşr zamanı "Qırmızı kitab"a həmin ərazilərdən də müəyyən növlər daxil edilib. Əsasən Qarabağda olan flora və faunaya kitabda geniş verilib. Bura xüsusən Şuşa, Kəlbəcər Zəngilan, Füzuli, Laçında olan monitorinqləri qeyd etmək istərdim. "Qırmızı kitab"a növlər daxil olunarkən sayı və arealları nəzərə alınır. Əgər sayı və arealları çox ciddi azalırsa, onu "Qırmızı kitab"a daxil edirik.

Digər tərəfdən kitabın birinci və ikinci nəşrində olan bəzi növlər “qırmızı siyahı”dan çıxarılaraq “çəhrayı siyahı”ya daxil edilib.

Hətta elə növlər var ki, ilk iki nəşrə daxil edilsə də, 50-60 ildir heç bir yerdə təsadüf olunmayıb. Əgər növ 50 ildən artıq bir müddətdə rast gəlinmirsə, onu "Qırmızı kitab"da saxlamağın mənası yoxdur".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top