Araşdırmaçı: "Əhməd Obalıya qarşı törədilən terrorun arxasında İranın əli var"

GÜNDƏM 23 may 2023, 12:14
"ABŞ-da Əhməd Obalıya və onun oğluna qarşı törədilən hadisə terror mahiyyəti daşıyır. Fikrimcə, bu hadisənin arxasında İranın əli var. İndi İranda rejimin iqtidar tərəfdarları, həmçinin sözdə müxalif olanlar var ki, Amerikada, Avropada yaşayırlar. Özəlliklə onların içində şahçı kəsimi bu işi görə bilər və daha öncədən başqa müxaliflərlə də bunların çatışmaları olub. Mənim şəxsən şübhəm İran rejimindən daha çox İranın sözdə müxalifi olan şahçılara gedir. Bunların əsas məqsədləri bizləri durdurmaqdır. Bunların hamısı İran rejimindən daha çox bizlərlə müxalifdilər. Bu gün, sabah bunlar gəlib Tehranda otursalar, İran rejimindən daha çox bizi əzərlər. Bizi daha çox tapdayarlar. Onun üçün bunlar yaxşı bilirlər ki, bizlər olduğu yerdə, yəni Əhməd Obalı, Günaz TV və Azərbaycan Milli Hərəkatının fəalları olduğu yerdə bunlar Azərbaycana ayaq qoya bilməzlər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Güney Azərbaycandan olan araşdırmaçı, politoloq Məhəmməd Rəhmanifər deyib. 

Analitik bildirib ki, İranın həmin "müxalif" qüvvələri azərbaycanlıları susdurmağa çalışırlar:

"Onlar bu cür çirkin oyunlara əl atırlar. Amma gerçək budur ki, Əhməd bəylə bağlı yayılmış qısa videoda da biz görürük ki, bu haqq yoludur. Bizlər Azərbaycan Milli Hərəkatının bütün fəalları bu yolun düzlüyünə inanırıq. Bilsinlər ki, bu cür olaylarla Azərbaycan Milli Hərəkatının fəallarını qorxuda bilməzlər".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top