Paytaxtda beşmərtəbəli binada YANĞIN

HADİSƏ 22 may 2023, 09:18
Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın olub.

Demokrat.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 1 p.m və 1 ədəd paltaryuyan maşın yanıb.

"Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top