Deputat LGBT bayrağının ucaldılmasından danışdı: “Dərhal reaksiya verilməlidir”

SOSİAL 17 may 2023, 14:08
“Landmark Hotel Baku”nun qarşısında LGBT bayrağının ucaldılması barədə nəsə deyə bilmərəm. Çünki bayrağın nə məqsədlə asıldığı haqda, sözün açığı, vizual bilgim yoxdur. Amma bütün hallarda belə qurumların fəaliyyəti Azərbaycanda nəzərdə tutulmursa, bu bayraqlar Azərbaycanın mental dəyərləri ilə uzlaşmırsa, istənilən səfirlik, qurum bunu diqqətə almalı, hörmətlə yanaşmalıdır. Məsələ müvafiq qurumlar tərəfindən araşdırılmalı, dərhal reaksiya verilməlidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, məsələyə birinci növbədə hüquqi aspektdən yanaşılmalıdır: “Qeydiyyatdan keçmiş belə bir rəsmi təşkilat və onun bu formada bayrağı varmı? Bu bayrağın asılmasının hüquqi zəmini nədir? Bu təşkilat rəsmi fəaliyyət göstərirmi? Rəsmi fəaliyyət göstərməyən təşkilatın bu cür bayraq asması hansı hüquqi əsaslandırma ilə gerçəkləşib? Bunlar araşdırılandan sonra məsələyə münasibət bildirmək daha doğru olar. Nə dərəcədə hüququn imkan verdiyi hüdudlar var ki, belə bir addım atılıb? Çünki hərə başlasa “mentalitetdə bu var, bu yoxdur” davası aparmağa, onda gərək biz qan intiqamını da, erkən nikahı da - hamısını “mentalitet” adı ilə qəbul edək. Yəni hər bir məsələyə əvvəlcə hüquq zəminindən yanaşmalıyıq...”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top