Talıbovun oğlu Ali Məclisin sessiyasında — VİDEO

DAXİLİ SİYASƏT 16 may 2023, 12:07
Xəbər verdiyimiz kimi, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası başlayıb.

Demokrat.az
APA-ya istinadla xəbər verir ki, onuncu sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisi sədrinin müavininin seçilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi, həmçinin, "Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi məsələləri daxil edilib.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilmiş Seymur Talıbov da iştirak edir.
Onun sessiyanın keçirildiyi Ali Məclis binasına gəlməsinin görüntüləri yayılıb:





Qeyd edək ki, davam edən sessiyada Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top