Tatlısəs Ərdoğana, qızı Kılıçdaroğluna səs verdi

ŞOU-BİZNES 16 may 2023, 09:34
Türkiyədəki seçki prosesində maraqlı anlar yaşanıb.

Demokrat.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs gözlənilməz paylaşım edib.

Belə ki, İ. Tatlısəs Rəcəb Tayyib Ərdoğana səs versə də, ifaçının qızı Kemal Kılıçdaroğluna səs verib. 

Hətta Dilan son paylaşımında izləyicilərini Kılıçdaroğlunun əli ilə tutduğu ürək işarəsindən istifadə edərək ikinci turda səs verməyə çağırıb. 

Qeyd edək ki, seçkilərin ikinci turu mayın 28-də keçiriləcək. Türkiyədə ikinci turda keçiriləcək prezident seçkiləri zamanı daha 50 min yeni seçici səsvermə hüququna malik olacaq. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top