Ekspert: “Azərbaycanda köhnə maşınlar çoxluq təşkil edir”

AVTO 15 may 2023, 12:27
“Bu gün Azərbaycanda köhnə maşınlar çoxluq təşkil edir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. 

Ekspert bildirib ki, ölkəmizdə avtomobil parkı çox köhnəlib və bu da müəyyən səbəblərlə əlaqəlidir:

“Bilirsiniz ki, 2015-ci ildə manatın devalvasiyasından sonra avtomobillərin qiyməti yüksəldi. Manat dollara nisbətdə endi, dollar isə qalxdı. Bu səbəbdən də, 19 min manata olan maşınlar 34 min manata satıldı. Təbii ki, vətəndaşlar da bu səbəbdən 19 min manata yeni maşın ala bilmədi və köhnə maşınlara üstünlük verdi. Beləliklə də, Azərbaycanda köhnə maşınların sayı durmadan artdı. Nəticədə avtomobil parkımızın yenilənmək əvəzinə köhnəldi”.

Ekspert qeyd edib ki, nəqliyyat vasitələrinin yenilənməsinə hər zaman ehtiyac var: 

“Xüsusən də, əhali artırsa, iqtisadiyyat artırsa, böyüyürsə, nəqliyyat vasitələrinə ehtiyac var. Biz bu gün vətəndaşların istər köhnə, istərsə də təzə avtomobillərinə hər hansı bir məhdudiyyət qoya bilmərik. Bu, doğru olmaz. O zaman iqtisadiyyat dayanar. Çünki iqtisadiyyatın aparıcı sektorlarında biri elə avtonəqliyyatdır”.


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top