Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin bağlanması ilə bağlı addımlar atıla bilər

QARABAĞ 12 may 2023, 17:30
"Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki fəaliyyətini biz müharibənin əvvəlindən istisna etmişdik".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib. 

O qeyd edib ki, təkcə Qarabağ münaqişəsində deyil, bir çox müharibələrdə belə məsələlərdə bu təşkilata həvalə edilir:



"Yəni, ona icazə verilir ki, fövqaladə kontekstdə işləsin. Bu yeganə təşkilatdır ki, biz buna istisna etmişik".

Fərid Şəfiyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin Ermənistana bağlı olması məsələsinə də toxunub:

"Ötən əsrin 90-ci illərin əvvəllərində bu qərar qəbul olunub. İndi təbii ki, vəziyyət dəyişir. Ola bilsin ki, bununla bağlı gələcəkdə müəyyən tələblər də irəli sürüləcək".


Şəhanə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top