Politoloq: "Ermənistanın bəzi dairələri sülh danışıqlarının sürətindən narahatdır"

GÜNDƏM 12 may 2023, 15:06
"Ermənistan sülh müqaviləsini imzalamağa hələ hazır deyil. Ermənistanın bəzi dairələri indi aparılan danışıqların sürətindən narahatdır. Çünki hadisələr bu minvalla davam etsə, sülh müqaviləsi yaxın vaxtlarda imzalanacaq".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 

Politoloq bildirib ki, sərhəddə təxribatlar da məhz bu məqsədlə törədilir: 

"Mayın 14-nə Brüsseldə görüş planlaşdırılır. Çox güman ki, görüşdə əsas müzakirə bu süni gərginliyin ətrafında gedəcək. Bu isə vaxt uzatmaqdan başqa bir şey deyil. 

Ermənistan düşünür ki, regionda durum dəyişəcək. Çünki qarşıda Türkiyədə keçirilən prezident seçkiləri durur. Onlar hesab edirlər ki, Türkiyədəki prezident seçkilərindən sonra regionda vəziyyət dəyişəcək. Yəni, Türkiyədə hadisələr başqa istiqamətdə cərəyan edəcək və Azərbaycana dəstək verənlər azalacaq. Bununla da, Ermənistan öz planlarını həyata keçirdəcək,".


Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top