Şəhid Orxan Novruzəlizadə dəfn olundu — YENİLƏNİB (VİDEO)

GÜNDƏM 12 may 2023, 11:50
Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə dəfn olunub.

Demokrat.az
xəbər verir ki, onun cənazəsi bu dəqiqələrdə Vurğun qəsəbəsində yerləşən qəbiristanlıqda anasının məzarı yanında torpağa tapşırılıb. 

Qeyd edək ki, şəhidin anası ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib.



***
11.35



Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə ilə vida mərasimi başa çatıb.

Demokrat.az xəbər verir ki, onun cənazəsi dəfn olunması üçün Vurğun qəsəbəsində yerləşən qəbiristanlığına aparılır.



***
10:09


Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin cənazəsi Ağstafa rayonunda yaşadığı evə gətirilib. 


Hazırda şəhidimizlə vida mərasimi keçirilir. Şəhid Orxan Novruzəlizadə bu gün saat 11:00-da Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top