Şəmkirdə kişinin intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub — YENİLƏNİB

HADİSƏ 07 may 2023, 17:39
Şəmkir rayonunun Qapanlı kəndində yerli sakinin ov tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə bəzi təfərrüatlar məlum olub.

Demokrat.az xəbər verir ki, Qapanlı kənd sakini, 1976-cı il təvəllüdlü Cəfər Həsən oğlu Camalov kəndin kənarında yerləşən əkin sahəsində ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

Onun intihar etdiyi bildirilir.

Qeyd edək ki, mərhum ailəli olub, nişanlı bir qızı və hərbi xidmətdən qayıdan bir oğlu var. Kənddə sakit və heç kimlə problemi olmayan biri kimi tanınıb. O, traktor sürücü olub. İntiharın hansı səbəbdən baş verdiyi isə hələ məlum deyil.

Faktla bağlı araşdırma davam etdirilir.

13:27

Şəmkirdə intihar hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. Kənd sakini Camalov Cəfər yaşadığı evdə odlu silahla özünə atəş açaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top