Arif Əliyev: "Bizim demokratik hesab etdiyimiz dövlətlərin mətbuatında ciddi geriləmələr baş verir"

MEDİA 03 may 2023, 14:24
1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub. Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycanda da fəal dəstəklənir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atıb.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis Arif Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycan mətbuatının durumu onu bir o qədər də qane etmir. 

O bildirib ki, iqtisadi dayaqların zəif olması səbəbindən mətbuatın vəziyyəti elə də yaxşı deyil: 

"Ümumiyyətlə, ölkəmizdə söz azadlığı və mətbuat azadlığında ciddi problemlər var. Təbii ki, bu problemlərin sayı da getdikcə artır. Bu, tək Azərbaycana xas olan bir məsələ deyil. Bu, dünya səviyyəsində gedən bir prosesdir. 

Çox təəssüf ki, bunun da əsas səbəbləri həm müharibələrin olması, həm də terrorizmin sürətlə yayılması və inkişaf etməsi ilə bağlıdır. Ona görə də həmin ölkələrin, hətta bizim demokratik hesab etdiyimiz dövlətlərin mətbuatında ciddi geriləmələr baş verir".


Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top