Maşında edilən hansı dəyişiklik "texpasport"da qeyd edilməlidir? — İZAH

AVTO 03 may 2023, 14:07
Əksər sürücülər avtomobillərin görünüşünü dəyişmək məqsədilə bir sıra dəyişikliklər edirlər. Əsasən banın müxtəlif yerlərində rəng dəyişikliyi, bamperlər, avtomobilin arxasına “düfuzor” deyilən avadanlıq quraşdırırlar. Xüsusən də köhnə model avtomobilləri restayl formada yığaraq görünüşünü yeniləyirlər. Bəs bu dəyişikliklərə görə təkrar qeydiyyata ehtiyac varmı?

Demokrat.az
xəbər verir ki, hər edilən dəyişikliyə görə qeydiyyat əməliyyatı aparılmasına ehtiyac və tələb yoxdur. “Yol hərəkəti haqqında” qanunun 28-ci maddəsində qeyd olunan dəyişikliklər (avtomobilin rəngi, qeydiyyat nişanları, mühərrik, ban, şassi və.s) edildikdə, o zaman avtomobil təkrar qeydiyyata alınmalıdır.

Yəni, qeydiyyat hərəkətləri yalnız reysterə düşən məlumatlar dəyişdirildikdə aparılmalıdır. Reysterdə və qeydiyyat şəhadətnaməsində əsasən yuxarıda sadalanan banın, mühərrikin, şassinin nömrəsi, avtomobilin rəngi, qeydiyyat nişanları, avtomobilin tipi, mühərrik həcmi qeyd edilir. Bu dəyişikliklər istisna olmaqla digər dəyişikliklərə görə avtomobilin qeydiyyata aparılmasına ehtiyac qalmır. Çünki bu cür dəyişikliklər reysterə daxil edilən məlumatlar siyahısında deyil. (Avtosfer.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top