Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşüb — YENİLƏNİB

SİYASƏT 02 may 2023, 14:05

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.

Demokrat.az
xəbər verir ki, onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



***
13:00


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüş keçirəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyası məlumat yayıb.

Bildirilib ki, Hikmət Hacıyev qarşıdakı saatlarda NATO Baş katibinin köməkçisi general David Kattler və müttəfiq ölkələrlə Müavinlər Komitəsi (DPRC) formatında ikitərəfli görüş keçirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top