"Twitter" ödənişli tvitlərə başladı — 50 MİN DOLLAR QAZANC İMKANI

SOSİAL MEDİA 01 may 2023, 11:32
“Twitter” istifadəçilər üçün kontentdən pul qazanma funksiyasını işə salıb.

Demokrat.az
xəbər verir ki, ödənişli abunəçilər seçilmiş tvitlərinə çıxış əldə edəcəklər, onlar cavab lentində xüsusi işarə ilə vurğulanacaqlar.

Ödənişli tvitləri aşağıdakı şəxslər paylaşa bilərlər: 18 yaşdan yuxarı, ən azı 500 izləyiciyə malik olmaq, son 30 gündə ən azı 25 tvit yazmış olmaq. Monetizasiyaya çıxışı olan müəlliflərin əsas menyuda müvafiq bölməsi olacaq.

Müəllif bütün dövr üçün 50 000 dollar qazanana qədər Twitter komissiyası 3% olacaq. Sonra komissiya 20%-ə qədər artacaq.

İlon Mask əlavə edib ki, iPhone-da tətbiqdə abunəni aktivləşdirmək üçün daha bir neçə gün lazım olacaq, çünki proqramda iştirak Apple tərəfindən təsdiqlənməlidir.

Müəllif bütün dövr üçün 50 000 dollar qazanana qədər “Twitter” ödənişlərdən 3% komissiya tutacaq. İlon Mask əlavə edib ki, iPhone-da abunəni aktivləşdirmək üçün bir neçə gün gözləmək lazım olacaq, çünki yeni funksiyaya keçid “Apple” tərəfindən təsdiqlənməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top