“Ərim mənə xəyanət etdi, sonra isə...” — Məhkəmə işi

KRİMİNAL 25 aprel 2023, 13:30
Bakının Xətai rayonunda 1983-cü il təvəllüdlü Elçin qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Sadıqcan küçəsində baş verib. 

Elçin yaşadığı evin giriş qapısının önündə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanın qəsdən sağ əli ilə arvadının baş nahiyəsindən bir neçə dəfə vurub. 

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib. 

O bildirib ki, Vüsaləni döyməyib, sadəcə onu yaxasından tutub: 

“Sonra Vüsalə mənim qolumdan və sinəmdən dişlədi. Aramızda yaranan münaqişəyə səbəb Vüsalənin uşağa laqeyd münasibət göstərməsi, uşağa yemək verməməsi olub”.

Cinayət işi üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, mənzilinin giriş qapısının önündə əri Elçin ilə qısqanclıq zəminində aralarında mübahisə yaranıb: 

“Mübahisənin yaranmasına səbəb ərimin mənə xəyanət etməsi olub. Ərim məni sürüyərək yaşadığımız mənzilin qapısından çölə çıxartdı. Mən də paltarlarımı, telefonumu və uşağımı götürmək məqsədi ilə yenidən mənzilə qayıtmaq istədikdə, ərim sağ əli ilə baş nahiyəmdən və bədənimin  müxtəlif nahiyyələrindən vurduş Bütün bunlar qaynanamın gözünün qabağında olub”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verdikdən sonra alt qonşusunun evinə düşüb və burnunun qanını yuyub: 

“Sonuncudan borca pul alaraq uşağımı taksi ilə xalamın yanına apardım”.

Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb.
 
Məhkəmənin hökmü ilə Elçin 1000 manat miqdarında cərimə olunub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyun 2025, 08:27
20 iyun 2025, 22:40
Top