Peskov: "Yəqin eşitmisiniz ki, Putinin çoxlu dublyoru var"

MARAQLI 24 apr 2023, 23:13
"Rusiya Prezidenti Vladimir Putin bunkerdə oturmur və ictimai tədbirlərdə dublyorların xidmətindən istifadə etmir".

Demokrat.az
Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Yəqin eşitmisiniz ki, Putin bunkerdə oturarkən onun yerinə çoxlu dublyor işləyir. Bu da başqa bir yalandır. Görürsünüz ki, necə prezidentimiz var. İnsan yalnız onun enerjisinə həsəd apara bilər, yalnız özünə sağlamlıq arzulaya bilər”, - Peskov deyib.

Qeyd edək ki, Almaniyanın "Bild" nəşri yazır ki , Putin müxtəlif ictimai tədbirlər zamanı dublyordan şəkildə istifadə edir. 

Əlavə edilib ki, xarici görünüşün xarakterik xüsusiyyətlərinə (çənənin, dodaqların, burunun, göz qapaqlarının, qulaqların formasına) görə jurnalistlər müəyyən ediblər ki, əsl Putin xarici liderlərlə görüşür və dublyorlar adətən adi vətəndaşlarla görüşmək üçün ölkə üzrə səfərlərə göndərilir.(Yeniavaz.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top