ABŞ-ın strateji neft ehtiyatı son 40 ilin ən aşağı səviyyəsinə düşdü

SƏNAYE VƏ ENERGETİKA 13 aprel 2023, 00:23
ABŞ-ın strateji neft ehtiyatı 369,6 milyon barelə qədər azalıb ki, bu da 1983-cü ilin noyabrından indiyədək ən aşağı səviyyədir.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin enerji informasiya departamentinin həftəlik icmalında deyilir.

Qeyd olunur ki, 1983-cü ilin noyabrında ABŞ-ın neft ehtiyatı da 369,6 milyon barel təşkil edib. Eyni zamanda, son bir həftə ərzində göstərici 1,6 milyon barel azalıb.

Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ hakimiyyəti çətinliklərə baxmayaraq, vergi ödəyicilərinin xeyrinə neft ehtiyatlarını artırmağı planlaşdırır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 00:21
Top