Azərbaycanlılar İstanbulda böyük investisiya yatırımlarının gələcəyindən narahatdırlar — Sabiq deputatdan İLGİNC AÇIQLAMA

GÜNDƏM 23 iyun 2019, 14:39

Azərbaycan vətəndaşlarının Türkiyədəki bələdiyyə seçkilərini həssaslıqla izləməsi bəzən tənqid olunur. "Qonşu dövlətdə baş verənlərin bizə nə dəxli var?” tipli suallara haqq da qazandırmaq olar hardasa. Amma unudulmamalıdır ki, Türkiyə Azərbaycanla qardaş ölkədir və ölkələrin birində baş verən istənilən olay digərində həyacanla təqib edilir. Amma səbəb təkcə budurmu?

 

Sabiq millət vəkili Ceyhun Osmanlı düşünür ki, Türkiyədəki seçkilərin ölkəmizin hətta aktiv siyasətlə məşğul olmayan təbəqələri tərəfindən də böyük maraqla izlənməsinin digər özəl səbəbi var. 
 

Demokrat.az-ın məlumatına görə, Ceyhun Osmanlı hesab edir ki, bu maraq həm də azərbaycanlıların İstanbulda böyük investisiya yatırımlarının gələcəyindən narahatlığın ifadəsidir. 


Onun sözlərinə görə, Azərbaycan dövləti Türkiyəyə yatırılan xarici sərmayələrin çəkisinə görə liderdir. Eyni zamanda Azərbaycandan olan iş adamları İstanbula olan yatırımlara, xüsusən də daşınmaz əmlak yatırımlarına böyük maraq göstərirlər.(Sfera.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top