İran Azərbaycana yeni səfir təyin etdi — Keçmiş SSRİ respublikaları üzrə araşdırmaçıdır (FOTOLAR)

SİYASƏT 03 aprel 2023, 00:15
İran Azərbaycana yeni səfir təyin edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə İranın rəsmi mediası məlumat yayıb. 

Məlumata görə, İranın Azərbaycandakı səfiri Abbas Musəvi gözlənilmədən vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə isə Müctəba Dəmirçili yeni səfiri təyin edilib.

Müctəba Dəmirçili beynəlxalq hüquq və strateji idarəetmə üzrə elmi doktordur. Onun beynəlxalq hüquq, Xəzər dənizi, keçmiş SSRİ respublikaları və idarəetmə mövzularında elmi araşdırmaları, "Xəzər dənizində neft yataqlarının qanuni işlənməsi" adlı kitabı mövcuddur.

Xatırladaq ki, Müctəba Dəmirçili Gürcüstanda (2006-2010-cu illərdə) və Qazaxıstanda (2014-2018-ci illərdə) diplomatik missiyanın rəhbəri, daha sonra isə İranın Azərbaycandakı Səfirliyinin ikinci katibi vəzifələrində çalışıb.





Həsən
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top