Mövsümi dəyişikliklər dəriyə də təsir edir. Xüsusilə havaların dəyişkən olduğu yaz aylarında bir çox insan dəridə quruluq, gərginlik, qabıqlanma və qaşınma kimi problemlərlə üzləşir.
Mütəxəssislərin fikrincə, bu dövrdə dərinin nəmlik balansı pozulur və düzgün tədbir görülmədikdə dəri sağlamlığı təhlükə altına düşə bilir. Xüsusilə yaz aylarında temperaturun və rütubətin qəfil dəyişməsi dərinin həssaslığının artmasına səbəb olur. Dəridə quruluq yaradan əsas amil isə vitamin çatışmazlığıdır.
Mütəxəssislər bu dövrdə dəriyə bu qulluqların edilməsinin vacib olduğunu bildirir:
1. Zəngin nəmləndiricilərdən istifadə edin. Dərinizə uyğun məhsullarla müntəzəm olaraq dəriyə qulluq edin.
2. İsti su əvəzinə ilıq su istifadə edin, uzun vannalardan çəkinin.
3. Bol su için. Gündə ən az 8-10 stəkan su dərini içəridən nəmləndirməyə kömək edir.
4. Dəri baryerini qoruyun. Zərərlərin qarşısını almaq üçün zərif təmizləyicilərdən və maneəni dəstəkləyən məhsullardan istifadə edin.
5. Rahat yuxu yatmağa çalışın. Dəri gecə boyu özünü yeniləyir.
6. Sağlam qidalanın. Tərkibində omeqa-3, E və C vitaminləri olan qidalar dərini dəstəkləyir.
Əfsanə Kamal
Demokrat.az