"Ermənistan rəhbərliyinin son dövrlərdə sülh çağırışları ilə çıxış etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirməsi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan və onun komanda üzvləri üzdə sülhdən danışsalar da, realda yürütdükləri siyasətləri ilə bunun əksini edirlər".
Demokrat.az xəbər verir ki, bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, son dövrlər Ermənistanın Qərbdəki havadarlarından öldürücü silahlar almasının şahidiyik. Rəsmi İrəvan maddi qarşılığını ödəmədən müasir hücum silahları ilə təmin edilir. Həmişə olduğu kimi, imperialist maraqların alətinə çevrilmiş Ermənistan hələ də sülhpərvər kimi yox, aqressor rolunda çıxış edir.
K.Bayramov qeyd edib ki, Azərbaycan tərəfi sülh mövqeyində olaraq məsələlərin həllinə daim çalışıb: "Amma Ermənistanın davranışları sülh prosesinin inkişafını çətinləşdirir və gələcəkdə qarşılıqlı etimadın qurulmasına maneə yaradır. "Sülhpərvər" ritorika fonunda Ermənistan ordusunun və ya onun nəzarətində olan silahlı qrupların Azərbaycan mövqelərini mütəmadi olaraq atəşə tutması reallıqda sülhə qarşı açıq təxribatdır. Bu, ya Ermənistan hakimiyyətinin silahlı dəstələr üzərində tam nəzarətinin olmamasını, ya da sülh bəyanatlarının sadəcə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığını göstərir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlara əsasən, mart və aprel ayları ərzində Ermənistan tərəfindən atəşkəs rejimi dəfələrlə pozulub. Bu təxribatlar Ermənistanın sülh danışıqlarına qeyri-səmimi yanaşdığını, prosesi ləngitməkdə maraqlı olduğunu göstərir. Bununla yanaşı, Ermənistan rəhbərliyinin Minsk qrupunun ləğvi ilə bağlı konkret addım atmaması da diqqətdən yayınmır. Ermənistan Minsk qrupunun fəaliyyətini formal olaraq bitmiş hesab etsə də, bu formatdan tam imtinanı rəsmi şəkildə bildirməyib. Bakı dəfələrlə bildirib ki, artıq Minsk qrupu fəaliyyətsiz və qeyri-funksional format kimi tarixə qovuşub".
Deputat əlavə edib ki, Ermənistanın siyasəti sülhə xidmət etmədiyi kimi, regionda sabitliyin qorunmasına da zərbə vurur. Ermənistanın bu cür ikiüzlü siyasəti, sülhə doğru irəliləməyi çətinləşdirir və beynəlxalq ictimaiyyəti və tərəfdaşları bu məsələdə daha diqqətli olmağa sövq edir. Rəsmi Bakı isə sülh sazişinin imzalanması üçün konkret və ardıcıl addımlar atıb. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır. Lakin Ermənistanın təxribatçı əməlləri və qeyri-səmimi siyasəti bu istiqamətdə əsas maneə olaraq qalır.