2025-ci ilin ilk üç ayında İranda 230 nəfər edam edilib. İnsan haqları qrupları rejimin müxalif fikirləri yatırmaq üçün sistematik olaraq ölüm cəzasından istifadə etdiyini bildirir. Qadınlara qarşı edamlarda da ciddi artım var.
Demokrat.az xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Təşkilatın məlumatına görə, bu rəqəmə səkkiz qadın daxildir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə edamların sayı iki dəfə artıb.
İran 2024-cü ildə ən azı 975 nəfəri edam edib ki, bu da təşkilatın məlumat saxlamağa başladığı 2008-ci ildən bəri qeydə alınan ən yüksək rəqəmdir. Təşkilat qeyd edib ki, İran rejimi siyasi gərginliyin kəskinləşdiyi vaxtlarda ölüm hökmündən daha tez-tez istifadə edir.
Təşkilatın fikrincə, bu üsul sosial iğtişaşların artdığı anlarda nəzarəti saxlamaq üçün effektiv vasitəyə çevrilib.
Əfsanə Kamal
Demokrat.az