Şuşaya qar yağır, yollar təmizlənir — FOTO

QARABAĞ 01 apr 2023, 08:30
Ötən gündən başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazırda havanın temperaturu -2 dərəcədir.

Bu barədə "Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri aparılır.

Belə ki, küçə və prospektlərdə yollar texnika vasitəsilə qardan təmizlənir.

Hazırda yollarda avtomobillərin hərəkəti üçün heç bir problem və çətinlik müşahidə olunmur.

Avtomobillərin hərəkəti normal şəkildə davam edir.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top