NATO əməkdaşlarının “TikTok” yükləməsi qadağan edilib

DÜNYA 31 mar 2023, 20:28
NATO öz əməkdaşlarına Çin sosial şəbəkə tətbiqi “TikTok”u xidməti cihazlara yükləməyi qadağan edib.

APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Televiziyanın məlumatına görə, NATO rəhbərliyi öz əməkdaşlarına bildiriş göndərib.

Bununla da qadağa rəsmiləşib. Əslində daxili texniki məhdudiyyətlər səbəbindən əvvəllər də “TikTok” tətbiqi alyansın cihazlarında istifadə oluna bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top