"Putinin 12 saat vaxtı qalıb…" — Almaniya ultimatum verdi, Kreml cavabladı

DÜNYA 12 may 2025, 18:37
“Putinin atəşi dayandırmaq üçün 12 saat vaxtı var, əks halda Aİ-nin yeni sanksiyaları ilə üzləşəcək“.

AzPost bildirir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius deyib.

“Vaxt gedir. Günün sonuna qədər hələ 12 saatımız var və bu vaxta qədər atəşkəs əldə olunmasa, Avropa sanksiya hazırlıqlarına başlayacaq”, – o deyib.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “ultimatum dili” Rusiya üçün qəbuledilməzdir.

“Rusiya ilə bu dildə danışa bilməzsiniz”.-deyə Almaniya tərəfinin atəşkəsə bğlamaq üçün 12 saat vaxtı olduğu barədə bəyanatına cavab olaraq deyib.

Peskov əlavə edib ki, Putin Ukrayna ilə ilkin şərt olmadan danışıqların bərpası ilə bağlı mövqeyini “aydın və birmənalı” ifadə edib.

Mayın 10-da Zelenski və Avropa dövlət başçıları Rusiya hakimiyyətini 30 günlük atəşkəsə çağırıblar. Buna cavab olaraq Putin  danışıqların mayın 15-də İstanbulda keçirilməsini təklif edib. Zelenski yenidən
mayın 12-dən atəşkəs üçün çağırış edib və Rusiya prezidentini Türkiyədə gözləyəcəyini bildirib. Rusiya nümayəndələri təkid edirlər ki, əvvəlcə danışıqlar aparılmalıdır, sonra atəşkəs müzakirə oluna bilər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top