Prezident kreditlə bağlı qanuna dəyişikliyi təsdiq etdi

İQTİSADİYYAT 31 mar 2023, 15:20
Prezident İlham Əliyev Ailə Məcəlləsində, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Yenilənmiş qanunlara əsasən, Azərbaycanda kreditləşmə Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top