İlham Əliyev dövlət agentliyinə 6,7 milyon manat ayırdı

SİYASƏT 31 mar 2023, 13:51
Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon manat ayrılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top