Rusiyada ABŞ-dan olan jurnalist həbs olundu — 20 il cəza gözləyir (FOTO)

DÜNYA 30 mar 2023, 21:30
Rusiya dövləti ABŞ-ın dünyaca nüfuzlu “The Wall Street Journal” qəzetinin Moskvadakı xüsusi müxbiri Evan Gershkovichi casusluq ittihamı ilə həbs edib.

Demokrat.az CNN-nə istinadla xəbər verir ki, Evan Gershkovichi Rusiyanın Yeketerburq şəhərində saxlanılıb. 

Rusiya Xarici İşlər Nazirliyində akreditasiya olunan 32 yaşlı Evan Gershkovichi Lefortovo əyalət məhkəməsinin qərarı ilə həbs olunub. 

Onun barəsində mayın 29-dək ilkin istintaq həbs qərarı çıxarılıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaharova bildirib ki, Evan Gershkovichinin həbsi jurnalist fəaliyyətinə hörə deyil:

“Evan Gershkovichi konkret cinayət törətdiyinə görə həbs edilib”. 

Qeyd edək ki, Rusiya qanunlarına əsasən, Evan Gershkovichini 20 il həbs cəzası gözləyir. 



Nərmin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top