Məhkəmə Qalib Salahzadənin iddiası ilə bağlı qərar çıxardı: “Rəsul Quliyevin pulu, bir də adamları işləyir”

HADİSƏ 30 mar 2023, 14:20
Sabiq deputat Qalib Salahzadə və sabiq spiker Rəsul Quliyevin nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu arasında Bilgəhdəki mülkə görə məhkəmə prosesi keçirilib.

Q.Salahzadənin Pravda.az-a verdiyi məlumata görə, bu gün Sabunçu məhkəməsində hakim tərəfindən qərar çıxarılıb və Q.Salahzadənin iddiası təmin edilməyib.

“Hakim Həqiqət Mahmudova nə ekspertiza, nə də mütəxəssis çağırmadan özündən qərar çıxarıb. Şahidlərin də heç birini qəbul etməyib. Guya heç Bilgəhdəki 8 dənə evimiz yerli-dibli yoxdur və bu səbəbdən iddiamız rədd olunsun. Dayım uşaqları Lətifə Camalova, Həmidağa Camalov və qardaşı Əminağa Camalov həmin 8 evdə vərəsədirlər. Ailə üzvlərimiz o evlərdə qeydiyyatdadır. Həqiqət Mahmudova isə deyir ki, orada ev yoxdur. Özü oturub Sabunçuda, Bilgəhdəki evləri guya əzbər bilir. Neçə vaxtdır, hakim uzada-uzada bu gün belə qərar verib. O, nə bilir ki, bu torpaq harada yerləşir? Əvvəl ekspertiza çağırsın, sonra qərar versin. Axı Bilgəhdə 8 ev var. Qanunsuzluq baş alıb gedir. Apellyasiyaya verəcəyik, Ali Məhkəməyə də. Bunlar sonrakı söhbətlərdir. Bir sözlə, Rəsul Quliyevin pulu, bir də adamları işləyir. Hər şeyin öz “yolu” var də…”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top