Fransada elektrikli skuterdən istifadə edənlər cərimələnəcək

DÜNYA 30 mar 2023, 11:35
Fransa hökuməti elektrikli skuterlərdən istifadə yaşını 12-dən 14-ə qaldıran qərar qəbul edib.

Demokrat.az
xəbər verir ki, hökumətin skuterlərin istifadəsinə daha yaxşı nəzarət etmək üçün yeni qaydalar da tətbiq edəcəyi bildirilib.

Nəqliyyat naziri Klement Beaune yerli mediaya açıqlamasında ölkədə elektrikli skuterlərin istifadəsini daha yaxşı tənzimləmək üçün qüvvəyə minəcək yeni qaydaları açıqlayıb.

O bildirib ki, yaxın vaxtlarda rəsmi qəzetdə dərc olunacaq qərarla elektrikli skuterlərdən istifadə yaş həddi 12-dən 14-ə qaldırılacaq.

Eyni zamanda skuterə 2 nəfərin minməsi halında cərimənin 135 avroya qədər artacağı bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top