“Bu ermənilər sülhməramlılara pul verib mal keçirir, qazanırlar” — Vardanyan qarpız alverini açıqladı

REGİON 29 mar 2023, 23:45
“Qarabağda yolverilməz vəziyyət yaranıb. Yüksək rütbəli vəzifəli məmurlarla əlaqəsi olan bir dəstə adam sülhməramlılarla razılaşaraq mal gətirir və böyük pullar qazanır”. 

Demokrat.az xəbər verir ki, bu sözləri Xankəndində qeyri-qanuni yaşayan milyarder, sabiq “dövlət naziri” kimi qələmə verilən separatçı Ruben Vardanyan bildirib.

Onun sözlərinə görə, həmin adamlar pul qazanmaq üçün Xankəndinə və Qarabağa qarpız və ya digər bu kimi ikinci dərəcli mallar gətirirlər.

Vardanyan deyib ki, bu bir dəstə işbaz üçün daha ir neçə yüz adam maaş müqabilində işləyir. Bir neçə min adam isə bu malları alır. “Əgər dekabrda gündə 3 belə maşın keçirdisə, indi onların sayı 16-ya çatıb. Bu məhsullar hamı üçün əlçatan deyil”.//Azpostinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top