FIFA Almaniya klubuna transfer qadağası qoydu

İDMAN 29 mar 2023, 23:09
FIFA Almaniyanın "Köln" komandasına transfer qadağası qoyub.

Demokrat.az xəbər verir ki, Bundesliqa təmsilçisi qarşıdakı iki transfer pəncərəsində yeni oyunçular ala bilməyəcək.

Cəzaya ötən il sloveniyalı hücumçu Yaka Kuberin transferi zamanı qayda pozuntusuna yol verilməsi səbəb olub. İddiaya görə, "keçilər" həmin vaxt 16 yaşlı forvardı azad agent kimi heyətinə qatmaq və Sloveniya "Olimpiya"sına təzminat ödəməmək üçün onu klubu ilə müqaviləni pozmağa təhrik ediblər.

Kuber futboldan 4 ay müddətinə kənarlaşdırılıb, "Köln" isə Lyublyana təmsilçisinə 54 min avro cərimə ödəməlidir.

Almaniya klubu qərardan 21 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verə bilər.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top