Ukrayna Silahlı Qüvvələrinin arsenalına uçuş məsafəsi 3 min km-dən çox olan hücum pilotsuz uçuş aparatları daxil edilə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksiy Danilov bildirib.
“Matias Rust adına “Ukrayna sürüsü” - onlarla model, minlərlə pilotsuz uçuş aparatı. 3 000 km-dən çox uçuş məsafəsi olan hücum PUA-ları Ukrayna Silahlı Qüvvələrinin arsenalında”, - A.Danilov tviterdə yazıb.
MTMŞ katibi posta alman pilot Matias Rustun Moskvadakı Qırmızı meydan fonundakı təyyarəsinin fotosunu əlavə edib və “1987-ci il, Qırmızı meydan, Moskva, təyyarə, Rust” yazıb.
Xatırladaq ki, 1987-ci ildə Rust SSRİ hava hücumundan müdafiə sistemlərindən yayınaraq min kilometrdən çox uçuş həyata keçirib və Kremlin yaxınlığında eniş edib.//Report