Sabiq deputat vəfat etdi — FOTO

HADİSƏ 29 mar 2023, 14:05
Sabiq deputat Ərəstun Cavadov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Demokrat.az
xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.

Qeyd edək ki, Ərəstun Cavadov Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatı olub.

O həmçinin Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.

Sabiq deputat ailəlidir, 1 övladı var.

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top