Fazil Mustafa ikinci dəfə əməliyyat olundu — Köməkçisi AÇIQLADI

GÜNDƏM 29 mar 2023, 11:35
"Hazırda terror hücumu nəticəsində güllə yaraları alan deputat Fazil Mustafanın vəziyyəti yaxşıdır".

Demokrat.az
xəbər verir ki, bunu köməkçisi Əjdər Əliyev deyib.

O bildirib ki, F.Mustafa iki dəfə əməliyyat olunub. “Çiyin nahiyəsindən aldığı yarada yarana biləcək problem səbəbindən köçürüldüyü klinikada növbəti dəfə əməliyyat edildi. Hazırda əməliyyatdan çıxıb və səhhətini normal hesab eləmək olar. Özünü yaxşı hiss edir”, - deyə Ə.Əliyev bildirib.

Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top