Zod aşırımında traktor aşıb, sürücü xəsarət alıb

QARABAĞ 28 mar 2023, 19:48
Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin yaxınlığında yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayon sakini 1968-ci il təvəllüdlü Feyruz Bayramov Naftalan şəhər Yol İdarəsinə məxsus traktor ilə qar uçqunu altında qalmış yolun açılması zamanı aşmış və nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. Dərhal sürücü hadisə yerindən çıxarılaraq xəstəxanaya yerləşdirilib və sol ayağının topuq oynağı tromotik amputasiya edilib. Faktla bağlı araşdırmalar davam etdirilir

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top