Danimarkada böhran: Əsgərə ehtiyac yaranıb

HƏRBİ 28 mar 2023, 15:28
Danimarkada ciddi hərbiçi çatışmazlığı böhranı yaranıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə briqada generalı Henrik Lin yerli televiziya kanalı TV 2-yə danışıb.  

O, deyib ki, Danimarka ordusu dünyada ən qabaqcıl silahlara malikdir, lakin hazırda ciddi əsgər çatışmazlığı böhranı ilə üzləşir:

"Bu təcili çağırışdır. Vəziyyət kritikdir, çünki bizdə heç vaxt olmadığı qədər əsgər çatışmazlığı var. Mən 40 ildir silahlı qüvvələrdə olmuşam, amma ordu heç vaxt bu qədər pis hala gəlməmişdi". 

Henrik Danimarka ordusunda mövcud olan vəzifələrin 20-25 faizinin doldurulmadığını etiraf edib:

"Tezliklə daha çox maliyyə təmin edilsə belə, döyüşə bilən bir ordu qurmaq illər alacaq".


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top