Britaniya kəşfiyyatı: “Ukrayna dronları Rusiyanın Qara dəniz donanmasının qarşısını alır”

DÜNYA 27 mar 2023, 23:59
“Ukraynanın suüstü dronlarından gələn təhlükə, ehtimal ki, Rusiyanın Qara dəniz donanmasının əməliyyatlarının qarşısını almağa davam edir”.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

İcmalda qeyd edilib ki, martın 22-də azı üç pilotsuz suüstü texnika və bir pilotsuz uçuş aparatı Krımdakı Sevastopol hərbi dəniz bazasına zərbə endirməyə cəhd edib.

Açıq mənbələrin məlumatına görə, müdafiə baryerləri bir yerüstü pilotsuz uçuş aparatının qarşısını alıb. Daha ikisi körfəzdə məhv edilib. Rusiya rəsmiləri bildiriblər ki, heç bir gəmiyə ziyan dəyməyib.

Nazirlikdən xatırladılıb ki, yerüstü pilotsuz təyyarələrin Sevastopola əvvəlki hücumu 2022-ci il oktyabrın 29-da baş verib. Məlumatlara görə, o zaman pilotsuz uçuş aparatları minaaxtaran “İvan Qolubets” gəmisinə və “Admiral Makarov” freqatına ziyan vurub

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top