Bayden: “ABŞ və Azərbaycan xalqları arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm”

DÜNYA 27 mar 2023, 19:43
“Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər”.

Bu barədə ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirilir.

“Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm”, - məktubda qeyd edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top