“Xarici agent olan şəxslər gəlirdən məhrum edilməlidir” — Medvedev

DÜNYA 25 mar 2023, 19:13
“Xarici agent kimi tanınan şəxslər Rusiyada gəlir əldə etmək imkanından məhrum edilməlidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedevin sözlərinə görə, bunun üçün qanunvericiliyə müvafiq dəyişikliklər hazırlamaq lazımdır. Nümunə olaraq o, Rusiyanı tərk edən, ölkəni və xüsusi əməliyyatı lənətləyən yazıçı Boris Akunini göstərib: “Özü ölkədən getsə də, ayrı-ayrı şirkətlər onun kitablarından istifadə edir”.

“Xarici agentlər haqqında qanunvericiliyə dəyişiklik etmək lazımdır. Burada birbaşa olaraq göstərilməlidir ki, xarici agent kimi tanınan şəxslər nəinki müəyyən statusa malikdir, həm də Rusiyadakı mənbələrdən gəlir əldə etmək hüququna malik deyillər”, – Medvedev bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top