İtlər məşhur influenserə hücum etdi

ŞOU-BİZNES 23 mar 2023, 19:46
Məşhur influenser Banu Allahverdinin (banuall) başına iş gəlib.

OLAY yazır ki, bloger itlərin hücumuna məruz qaldığını qeyd edib.

Bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Banu dayanmadan qaçaraq və mühafizənin köməyi ilə xilas olduğunu bildirib:“Bu gün yaşamım boyu ən qorxduğum günlərdən birini yaşadım. Hələ də özümə gələ bilməmişəm. Səhərlər çox vaxt dəniz kənarına, bulvara gün çıxan zaman gəlirəm və yürüyüş edirəm. Bu gün səhər bulvarda demək olar heç kim yox idi. Bir az oturacaqda oturduqdan sonra yürüyüş etmək istədim. Bir tərəfdə 8-10 arası, onlardan bir az yanda da onlardan daha vəhşi it tək oturmuşdu. Bir növ onların başçısı idi. Mən də çox da diqqət etmədən yanlarından keçirdim və gördüm ki, hamısı mənə baxır. Tək olan it birdən ayağa qalxıb mənə dişlərini qıcadı və birdən hamısı üstümə hücum etdilər.

O qədər səsim kəsilənə qədər qışqırsamda, ətrafda heç kim yox idi. Həm qışqırıb, həm qaçırdım. Bir az sonra hiss etdim ki, indi gücüm bitəcək. Onlar da o qədər yaxında idilər ki, bir saniyə dayansam, diş atacaqdılar.Plaşım da uzun idi deyə ayağıma dolanırdı. Heç bilmirəm, nə qədər qaçmışam. Allaha o qədər yalvardım ki, məni qorusun. Səsim də batırdı artıq. Birdən uzaqdan mühafizəni gördüm. Onlar da mən tərəfə qaçdılar. Onlar olmasa nə olardı, bilmirəm. Düşünmək də istəmirəm. Mühafizə çatan kimi elə bil gücüm bitti, yıxıldım. Allah o ana qədər bir güc verdi elə bil, mən normalda heç vaxt o qədər müddət sürətlə qaça bilmərəm. Taqətim qalmamışdı, həm də ürəyim bu dəqiqə yerindən çıxacaq qədər sürətlə döyünürdü. Sonra eşitdim ki, itlər bu yaxında başqa birini dişləyiblər. Ağlayırdım, şükür edirdim ki, heç nə olmadı. Yenə dayanmadan ağlayırdım…

Səhər gün çıxanda həmişə Allaha daha yaxın olduğumu və dualarımı, suallarımı daha tez eşitdiyini düşünürəm. Bu hadisədə elə-belə gəlmədi başıma. Bu da mənim bir sualımın cavabı idi. O sualı verdim və heç gecikmədən cavabımı aldım”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top