Rusiya və Belarusun xokkey yığmasına qoyulan qadağa qüvvədə qaldı

İDMAN 22 mar 2023, 21:40
Beynəlxalq Xokkey Federasiyası Şurası Rusiya və Belarus yığmalarının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı qüvvədə saxlayıb. Nəticədə iki ölkənin xokkey yığması 2023/24 mövsümündə olacaq yarışlarda iştirak edə bilməyəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Şura Rusiya və Belarus komanda və klublarının təşkilatın himayəsi altında keçirilən yarışlara qayıtması ilə bağlı təhlükəsizlik risklərini nəzərdən keçirib.

Riskin qiymətləndirilməsi əsasında Beynəlxalq Xokkey Federasiyasının İdarə Heyəti müəyyən edib ki, Rusiya və Belarus yığmalarının geri qayıtması hələlik təhlükəsiz deyil. Beləliklə, Rusiya və Belarus milliləri 2023/24 mövsümünü buraxacaqlar.

Qeyd edək ki, 2022-ci ilin fevralında Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq federasiyalara Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarına beynəlxalq yarışlarda iştirakına qadağa qoymağı tövsiyə edib.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top