Ermənilər Kəlbəcərin bu kəndində kef edir — FOTOLAR

SİYASƏT 22 mar 2023, 00:05
Azərbaycan Respublikası Kəlbəcər rayonunun Rusiyanın himayəsindəki separatçı-terrorçu rejimin faktiki işğalı altında olan Çapar kəndində kənd təsərrüfatı texnikasının azlığı səbəbindən yazlıq səpin işləri müəyyən olunmuş vaxtda başa çatdırılmayıb. 

Moderator.az xəbər verir ki, bunu kəndin qanunsuz "icma rəhbəri" Vardqes Sagiyan Xankəndindəki separatçı nəşrlərdən birinin müxbirinə müsahibəsində bildirib. 

"Kənddə bekar adam görməzsən. Onların əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur. Qeyd edim ki, müharibədən sonra mal-qaranın sayı azalıb. Müharibədən əvvəlki dövrdə 700 baş mal-qaramız var idisə, bu gün 200 baş qalıb. Səbəb odur ki, heyvanlar düşmənin(Azərbaycan ordusunun-S.L.) nəzarətində olan ərazilərə gedir və beləliklə, heyvandarlığın bu sahəsini inkişaf etdirmək mümkünsüz olur.... 500-ə yaxın qoyunumuz var. Kənddə arıçılıq inkişaf edir. Ötən gün  kənd təsərrüfatına dəstək fondu tərəfindən arıçılıq təsərrüfatlarına şəkər verilib”, - deyə həmsöhbətimiz bildirib.

Zəruri arayış: 

Çapar- Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çapar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 

Toponimikası 

Yaşayış məntəqəsini 1887-ci ildə keçmiş Zəngəzur mahalının Qaraqışlaq, Zamzur və Tatev kəndlərindən çıxmış ailələr Caparxana adlanan poct məntəqəsinin yerində salmışlar. Keçmışdə poctu aparan dövlət qulluqçularına "capar" deyilirdi.

Tarixi 

Çapar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Çapar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir...

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat-razılaşmaya əsasən Çapar kəndi rəsmən Rusiyanın "sülhməramlı" adlanan  hərbi kkontingentinin nəzarətindədir... 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top