Si Cinpin Putini Çinə səfərə dəvət edib

DÜNYA 21 mar 2023, 12:55
Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Çinə səfərə dəvət edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Cinpin Rusiya hökumətinin sədri Mixail Mişustinlə görüşündə bildirib.

O, Putini bu il Çinə səfərə dəvət etdiyini açıqlayıb.

Çin lideri Rusiyanın Baş naziri ilə görüşməkdən şad olduğunu bildirib. Qeyd edib ki, pandemiya səbəbindən bir neçə il səfərlər mümkün deyildi.

Si Cinpin Mişustini tez bir zamanda Çinə səfərə dəvət edib və iki ölkənin hökumətlərarası mexanizmlərinin işini aktivləşdirməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top