Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçirilir — FOTOREPORTAJ

QARABAĞ 20 mar 2023, 15:01
Tərtər rayonunun Talış kəndində Novruz bayramı münasibətilə geniş konsert proqramı təşkil edilib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, konsert proqramı cəngi sədaları ilə açılıb.

Aşıq havalarının özünəməxsus ifaları maraqla qarşılanıb. 

Kəndirbazların çıxışları, pəhləvanların göstərdikləri nömrələr konsertə xüsusi rəng qatıb. Qarabağ atlarının tədbirdəki keçidi alqışlarla qarşılanıb.

Konsert proqramının davamında ölkənin tanımış incəsənət nümayəndələrinin çıxışları gözlənilir.

Talış kəndinə uzun illərdən sonra hazırlanan bayram konserti axşam saatlarına qədər davam edəcək.

















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top