Azərbaycandan ilk dəfə olaraq Slovakiyaya xam neft ixrac olunub

İQTİSADİ 18 mar 2023, 21:01
Azərbaycandan ilk dəfə olaraq Slovakiyaya yüngül xam neft ixrac olunur.

APA xəbər verir ki bu barədə Slovakiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, ilk dəfə olaraq Azərbaycan xam nefti artıq Bratislavadakı “Slovnaft” Neft Emalı Zavoduna yola salınıb.

Qeyri-Rusiya mənşəli neftin tədarükü, Rusiya neftinə tətbiq edilən embarqodan sonra zavodun kifayət qədər yanacaq istehsal edə bilməsinə töhfə verəcək.

"Bu, tarixi bir mərhələdir, çünki bu, neftin müxtəlif növlərinin emalı sahəsində daha çox çeviklik qazanmaq istiqamətində tamamilə yeni təcrübələr qazanacağımız bir neft növüdür", - Azərbaycan nefti daşıyan tankerin Xorvatiyanın Omişalj limanına gəlməsi ilə bağlı "Slovnaft"ın icraçı direktoru Marek Senkoviç deyib.

Omişalj terminalına idxal edildikdən sonra 90 min ton Azərbaycan neftinin Adria boru kəməri ilə Bratislava Neft Emalı Zavoduna çatdırılması davam edir. Qeyd olunub ki, apreldə Bratislavada Azərbaycan neftinin emalına başlanılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top