Arvadını öldürən şəxsin məhkəməsi başlayır

KRİMİNAL 17 mar 2023, 17:19
Qusar rayonunda arvadının ölümündə təqsirli bilinən 1985-ci il təvəllüdlü Zedik Əlifxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib. 

İttihama görə, ötən ilin sentaybrın 6-da Qusar rayon sakini 1995-ci il təvəllüdlü Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirmiş, sonuncu almış olduğu xəsarətlərin təsirindən qeyd edilən tarixdə ölüb.

Zedik Əlifxanovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top