İki nazirliyə yeni səlahiyyətlər verildi

DAXİLİ SİYASƏT 10 mar 2023, 16:44
“Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilib. 

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısına aşağıdakı bəndlər əlavə edilib:

“- “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə

- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə”.

Bundan əlavə, Energetika Nazirliyi tərəfindən kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısına aşağıdakı bəndlər əlavə edilib:

“6. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi

7. ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi

8. elektrik enerjisinin ötürülməsinə icazə verilməsi

9. elektrik enerjisinin paylanmasına icazə verilməsi

10. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə verilməsi

11. qazın istehsalına və təbii qazın emalına icazə verilməsi

12. qazın nəqli üçün icazə verilməsi

13. qazın paylanmasına icazə verilməsi

14. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə verilməsi

15. neft və qaz yataqlarının kəşfiyyatına icazə verilməsi

16. neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə verilməsi

17. neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə verilməsi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top